"Haydenhaym"ın üzvü zədələndi, milliyə "Zirə"nin forvardı çağırıldı

“Zirə”nin futbolçusu Davit Volkov yenidən Gürcüstan millisinə çağırılıb.
"Mediasport" xəbər verir ki, 30 yaşlı hücumçu qarşıdakı iki yoldaşlıq görüşündə baş məqşçi Villi Sanyolun sərəncamında olacaq.
Fransalı çalışdırıcı zədəli Budu Zivzivadze və Giorgi Zarianın yoxluğunda forvardı düşərgəyə dəvət edib.
Qeyd edək ki, Gürcüstan millisi iyunun 5-də Farer adaları, 8-də isə Kabo Verde yığması ilə qarşılaşacaq.