"Qarabağ"dan qadın azarkeşlərinə növbəti jest - GİRİŞ PULSUZDUR
"Qarabağ" qadın azarkeşlərinə növbəti dəfə jest edib.
"Mediasport" xəbər verir ki, Premyer Liqanın 28-ci turunun "Sabah"la oyununu stadiondan izləmək istəyən Ağdam klubunun xanım azarkeşləri arenaya pulsuz daxil ola biləcəklər.
Bunun üçün qadınlar 16,17,18 aprel tarixlərində stadionun kassalarından və ya "Park Bulvar" AVM-in 2-ci mərtəbəsində yerləşən "Qarabağ" fanşopundan pulsuz bilet əldə etməlidirlər.
Aprelin 18-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 19:30-da başlanacaq.
Xatırladaq ki, "Qarabağ" daha əvvəl də bir neçə dəfə analoji kampaniya həyata keçirib.
