Millimizin üzvü "Şamaxı"ya keçdi
"Şamaxı" transfer çalışmalarını davam etdirir.
"Mediasport" xəbər verir ki, klub Ceyhun Bağırzadəni heyətinə qatıb.
U-21 millimizin üzvü ilə 2 illik müqavilə imzalanıb.
"Qəbələ"nin yetirməsi olan mərkəz müdafiəçisi son mövsümü "Karvan-Yevlax"da keçirsə də, əsas komandada şans qazanmayıb.


