"Hazırda özümü ən xoşbət adamlardan hesab edirəm"

 "Hazırda özümü ən xoşbət adamlardan hesab edirəm"

"Hazırda ən yaxşı hissləri keçirirəm. Buna görə Allaha təşəkkürümü bildirirəm. Burada məni ilk gündən çox mehriban münasibətlə qarşılayan hər kəsə minnətdaram".

"Mediasport" xəbər verir ki, bunu "Neftçi"nin yeni transferlərindən Breno Almeyda deyib.

Premyer Liqanın 25-ci turunun "İmişli" ilə matçında hesabı açmaqla "ağ-qaralar"ın heyətində ilk qolunu vuran braziliyalı vinger təəssüratlarını bölüşüb:

"Neftçi"nin formasıi lə ilk qolumu vurduğuma görə çox sevinirəm. Hazırda özümü ən xoşbət adamlardan hesab edirəm". 

Həmçinin paytaxt təmsilçisinin qapıçısı Emil Balayev 6:0 hesablı qələbə və ümumilikdə fikirlərini paylaşıb.