"Sabah" onunla vidalaşdı - RƏSMİ

“Sabah” yarımmüdafiəçi Şakir Seyidovla yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, futbolçu ilə başa çatan müqavilə müddəti yenilənməyib.
Seyidov 2018-ci ildən “Sabah”da çıxış edirdi. O, komandanın heyətində ümumilikdə 59 oyun keçirib, 2 qol vurub.
“Sabah” Şakir Seyidova kluba xidmətlərinə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.