"Qarabağ"ın futbolçusu 4 ölkənin klublarının maraq dairəsindədir
“Qarabağ”ın futbolçusu Aleksey Kaşşuk karyerasını ölkə xaricində davam etdirə bilər.
"Mediasport" xəbər verir ki, ukraynalı vingerə 4 ölkədən maraq var.gioners.ua saytı məlumat yayıb.
Ukrayna mətbuatının məlumatına görə, 26 yaşlı legionerin xidmətində ABŞ, Səudiyyə Ərəbistanı, Polşa və İsrail klubları maraqlıdır.
Xatırladaq ki, Ağdam təmsilçisi ilə müqaviləsi 2027-ci ilin mayında başa çatacaq Kaşşuk cari mövsüm "atlılar"ın heyətində 25 oyun keçirib.
