"Qarabağ" və "Neftçi"yə 1000 oyuna görə hədiyyə təqdim olundu

"Qarabağ" və "Neftçi"yə 1000 oyuna görə hədiyyə təqdim olundu

Peşəkar Futbol Liqası (PFL) tərəfindən “Qarabağ” Futbol Klubunun çempionatda 1000-ci oyunu münasibətilə xüsusi xatirə hədiyyəsi hazırlanıb.

"Mediasport" xəbər verir ki, hədiyyə “Qarabağ” klubunun 1000 oyunun hər birində futbolçu və ya klub rəsmisi kimi iştirak etmiş Şahid Həsənova təqdim olunub.

Qeyd edək ki, ölkə çempionatlarında indiyədək keçirilən bütün mövsümlərdə iştirak edən "Qarabağ” və "Neftçi" klubları ötən günlərdə çempionatda 1000-ci oyunlarını keçiriblər.

Bu əlamətdar hadisə münasibətilə PFL hər iki klub üçün xüsusi xatirə hədiyyələri hazırlayıb.

Hədiyyələr Peşəkar Futbol Liqasının (PFL) Texniki-İdman Direktorudur tərəfindən təqdim olunub.