Nadir Nəbiyev paytaxt klubunun akademiyasının rəhbəri oldu
1-ci liqanın lideri "Şəfa"da yeni təyinat reallaşıb.
"Mediasport" xəbər verir ki, klubun akademiyasının rəhbəri vəzifəsinə Nadir Nəbiyev gətirilib.
Son olaraq "Turan Tovuz"da çalışmış 45 yaşlı funksioner eyni zamanda Qərb Regional Futbol Federasiyası İctimai Birliyinin prezidentidir.
Azərbaycan milli komandasının sabiq hücumçusu peşəkar karyerası ərzində "Turan", "Neftçi", "Xəzər Lənkəran" kimi komandalarda forma geyinib.
