"Qarabağ"ın legioneri milli komandanın heyətində zədələndi
"Qarabağ"ın futbolçusu Renaldo Sefas zədələnib.
"Mediasport" xəbər verir ki, KONKAKAF Millətlər Liqası üçün ölkəsi Yamayka millisinin düşərgəsində olan vinger Hondurasla matçın əvvəlində zədələnərək myedanı tərk edib.
O, 12-ci dəqiqədə yerini Tayres Kempbellə verib.
B Liqasının ikinci tur görüşü Sefasın komandasının məğlubiyyəti ilə yekunlaşıb - 0:1.
Yamayka yığması ilk turda Qvatemala üzərində əzmkar qələbə qazanmışdı - son saniyə qolunu 90+4-cü dəqiqədə məhz Ağdam klubunun legioneri vurmuşdu.

