Azərbaycan Kubokunda cari mövsümün rekordu qeydə alındı

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda cari mövsümün azarkeş rekordu qeydə alınıb.
"Mediasport" xəbər verir ki, "Sabah" - "Neftçi" qarşılaşmasını stadiondan 6600 azarkeş izləyib.
Bu, ölkə kubokunun 2024/2025-ci illər mövsümündə ən yüksək göstəricidir.
Görüş 1:1 hesabı ilə başa çatıb. İlk matçda qələbə (2:1) qazanan "Sabah" "Qarabağ"la final duelinə vəsiqə əldə edib.