"Qarabağ" ÇL matçlarını hansı stadionda keçirəcək? - AÇIQLAMA

“Hamınızı təbrik edirəm. "Ferensvaroş”la çox gözəl iki oyun izlədik. Ümumi nəticədə qalib gəldik və Çempionlar Liqasına ikinci dəfə vəsiqə qazandıq. Bu uğur hamımızı çox sevindirdi”.
"Mediasport" xəbər verir ki, bunu "Qarabağ" Futbol Klubunun İcraçı direktoru Əmrah Çəlikəl deyib.
UEfA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanan Ağdam klubunun rəsmisi Macarıstan təmsilçisi ilə cavab görüşündən sonra jurnalistlərə açıqlama verib:
“Hər kəsi təbrik edirəm. Klub prezidentimiz Tahir bəy də elə bilin ki, burada idi. Hər dəqiqə telefonla danışırdıq. Sadəcə, vacib işgüzar görüşü olduğu üçün xaricdə idi”.
O, "Qarabağ"ın U-19 komandasının UEFA Gənclər Liqasına hazırlıqlarını sürətləndirəcəklərini bildirib:
“Bu oyunun nəticəsini gözləyirdik. Əsas komanda Çempionlar Liqasına düşdüyü üçün U-19 komandamız da Gənclər Liqasında iştirak edəcək. Bunun üçün hazırlıq planımız var. Stadionla bağlı isə hələ son qərar yoxdur. Amma çox güman ki, oyunlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyik.
Komandanın gücləndirilməsinə gəlincə, bu istiqamətdə işlər hər zaman davam etdirilir. Futbolçu axtarışları daim aparılır".