"Qəbələ"də yeni nigeriyalı
“Qəbələ” növbəti transferini reallaşdırıb.
"Mediasport" xəbər verir ki, komanda nigeriyalı vinger Uboçioma Meşakla anlaşıb.
24 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.
Meşakın son klubu Macarıstan təmsilçisi “Kazintsbartsika” olub.
O, müxtəlif illərdə “Zalaeqerseq” (Macarıstan), “Nafta” (Sloveniya), “Livinqston”, “Dandi Yunayted” (hər ikisi Şotlandiya) klublarında çıxış edb.


