Hakimi söyən Asim Quliyev 4 oyunluq diskvalifikasiya edildi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, toplantıda 2-ci Liqa klubu "Kür-Araz"ın futbolçusu Asim Quliyevə 4 oyunluq cəza verilib.
22 yaşlı yarımmüdafiəçi 9-cu turun "Qaradağ Lökbatan"la oyunu bitdikdən sonra hakimi təhqir edib.
Bölgə təmsilçisi Quliyevin hərəkətinə görə 1000 manat cərimə ödəyəcək.
