"Qarabağ"ın Avroliqa oyununda Respublika stadionu dolacaq?
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" oyununa satılan biletlərin sayı açıqlanıb.
"Mediasport" xəbər verir ki, indiyədək 16350 bilet satılıb
Qurban Qurbanovun komandasının İslandiya klubu ilə matçı iyulun 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.



