"Neftçi"dən Mahmudov zədələndi, milliyə "Qəbələ"dən Ömər çağırıldı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
AFFA-dan "Mediasport"a verilən məlumata görə, “Neftçi”nin futbolçusu Həsən Mahmudov zədə səbəbindən komandadan kənarda qalıb.
Onun əvəzinə “Qəbələ”nin oyunçusu Ömər Kərimov düşərgəyə qoşulub.
U-19-un Qəbələdə təlim-məşq toplanışı iyunun 11-dək davam edəcək.