Azərbaycanlı hakimlər Avropa Liqasının iki oyununa təyinat aldılar

Azərbaycanlı hakimlər Avropa Liqasının iki oyununa təyinat aldılar

FİFA hakimləri Əliyar Ağayev və Elçin Məsiyev növbəti dəfə UEFA-dan təyinat alıblar.

"Mediasport" xəbər verir ki, referilərimiz Avropa Liqasının III təsnifat mərhələsi matçlarında iş başında olacaqlar.

Ağayev Latviyada RFS klubu ilə Finlandiyanın KuPS kollektivi arasında keçiriləcək oyunu idarə edəcək. Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Kamal Umudlu dördüncü, İnqilab Məmmədov isə VAR hakiminin köməkçisi funksiyasını yerinə yetirəcək.

Məsiyev isə köməkçiləri - Elşad Abdullayev, Pərvin Talıbov və Fərid Hacıyevlə birlikdə Rumıniyada ÇFR və Portuqaliyanın "Braqa" komandaları arasında oynanılacaq qarşılaşmaya cavabdehlik daşıyacaq.

RFS - KuPS görüşü avqustun 6-da, ÇFR - "Braqa" matçı 7-də reallaşacaq.