"Qarabağ"ı canlı izləmək üçün 5, 10 və 20 manat ödəmək lazımdır

"Qarabağ"ı canlı izləmək üçün 5, 10 və 20 manat ödəmək lazımdır

Martın 8-də Tofiq Bəhramov adına respublika stadionunda Premyer Liqanın 23-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" oyununun biletləri satışa çıxarılır.

"Mediasport" xəbər verir ki, azarkeşləri biletləri sabah saat 13:00-dan etibarən ala bilərlər.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 10 və 20 manat aralığında dəyişir.

Biletlər sabah  iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.