Ramalinqomdan yubiley qolu
"Sumqayıt" Azərbaycan çempionatının 32-ci turunda "Zirə"yə uduzub (1:2).
"Mediasport" xəbər verir ki, həmin matç "gənclik şəhəri" təmsilçisinin yeganə qolunun müəllifi Aleksandr Ramalinqom üçün əlamətdar olub.
Fransalı Premyer Liqada 25-ci dəfə fərqlənib. O, yubiley qolunu 63-cü matçında vurub.
Ramalinqom "Səbail"də 15 (35 oyun), "Sumqayıt"da 10 (28 oyun) qola sevinib.


