"Şamaxı" mövsümlərarası fasilədə dördüncü transferini rəsmiləşdirdi

"Şamaxı" mövsümlərarası fasilədə dördüncü transferini rəsmiləşdirdi

“Şamaxı” yay fasiləsində dördüncü transferini rəsmiləşdirib.

"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Dioqu Balau ilə anlaşıb.

Ayxan Abbasovun komandası 25 yaşlı futbolçu ilə 2 illik (1+1) müqavilə bağlayıb.

Balau son olaraq Portuqaliyanın “Uniao Santarem” klubunda çıxış edib.

Xatırladaq ki, şirvanlılar daha əvvəl Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail") və Həbib İsmayılovla ("Neftçi") gücləniblər.