"Turan Tovuz" mövsümlərarası fasilədə ilk transferini reallaşdırdı
"Turan Tovuz" mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi heyətini Dioqo Balau ilə gücləndirib.
Kurban Berdiyevin komandası “Şamaxı”nın yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalayıb.
Portuqaliyalı futbolçu son mövsüm Premyer Liqada 31 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


