"Qarabağ"ın vingeri millisinə qələbə qazandırdı - VİDEO
"Qarabağ"ın daha bir legioneri ölkəsinin milli komandasının heyətində meydana çıxıb.
"Mediasport" xəbər verir ki, Renaldo Sefas Yamayka yığmasına qələbə qazandırıb.
Ağdam klubunun vingeri KONKAKAF Millətlər Liqasının qrup mərhələsinin Qvatemala ilə görüşündə vacib qol vurub - 3:2.
Yamayka millisi sentyabrın 29-da Honduras, oktyabrın 3-də isə El Salvadorla qarşılaşacaq.

