"Neftçi"dən 700-cü səfər qolu - Yalnız "Qarabağ"dan geri qalırlar

"Neftçi"dən 700-cü səfər qolu - Yalnız "Qarabağ"dan geri qalırlar

“Neftçi” Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub.

"Mediasport" xəbər verir ki, bu, Misli Premyer Liqasının VIII turunda gerçəkləşib.

“Qarabağ”la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubiley topunun müəllifi olub.

“Ağ-qaralar” rəqib meydanlarındakı 496-cı görüşdə qol sayını 701-ə çatdırıb. Bakılılar bu göstəricidə yalnız “Qarabağ”dan geri qalır.

Qeyd edək ki, “ağ-qaralar” səfərdəki ilk qolunu 1992-ci il mayın 15-də Yevlaxda “Avtomobilçi”nin qapısından keçirib.

Həmin matçda bakılılar 3:1 hesabı ilə qalib gəlib.