Azərbaycan Premyer Liqasında çempionluq şansları açıqlandı
"Football Meets Data" analitika şirkəti futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan komandaların çempionluq şanslarını dəyərləndirib.
"Mediasport" xəbər verir ki, müxtəlif aspektli qiymətləndirməyə əsasən, bu il çempion yenidən "Sabah" olacaq.
Masazır təmsilçisinin birinciliyinə 68 faiz ehtimal verilib.
Ötən mövsümədək liqada hegemonluq edən "Qarabağ"ın çempionluq ehtimalı az göstərilib - 28 faiz.
Mövsümə yaxşı başlayan və 90 illik yubileyində hədəfi çempionluq olan "Neftçi"nin şansı 4 faiz göstərilib.
Qeyd edək ki, Premyer Liqada cəmi 9 tur keçirilib.

