Paytaxt təmsilçisindən ayrıldı - Malayziya klubunda çıxış edəcək

1-ci Liqaya düşən "Səbail"də ayrılıq yaşanıb.
"Mediasport" xəbər verir ki, Qorka Larrusea "dənizçilər"i tərk edib.
İspaniyalı yarımmüdafiəçi karyerasını Malayziyada davam etdirəcək.
32 yaşlı futbolçu paytaxt klubu "Kuala Lumpur Siti" ilə müqavilə bağlayıb.
Qeyd edək ki, Larrusea 2024/2025-ci illər mövsümünü "Səbail"də keçirən Larrusea 24 oyun, 3 qolla yadda qalıb.