Cəlal Hüseynovun komandası qələbəni son dəqiqədə əldə etdi
Futbol üzrə Bolqarıstan Yüksək Liqasında 28-ci tur start götürüb.
"Mediasport" xəbər verir ki, Azərbaycan yığmasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" autsayder "Montana"nı qəbul edib.
Krjali təmsilçisi gərgin keçən görüşdə qələbəni 90-cı dəqiqədə rəsmiləşdirib - 2:1.
Hüseynov 68 dəqiqə meydanda olub.
Xal ehtiyatını 41-ə çatdıran "Arda" 7-ci sıradakı mövqeyini möhkəmləndirib.
