"Kəpəz" və "Araz-Naxçıvan"dan sonra 1-ci Liqa klubu ilə üz-üzə

"Kəpəz" və "Araz-Naxçıvan"dan sonra 1-ci Liqa klubu ilə üz-üzə

"Qəbələ"nin qış hazırlığının ikinci mərhələsində qarşılaşacağı rəqibi məlum olub.

"Mediasport" xəbər verir ki, yanvarın 10-da Qəbələdə “Kəpəz”lə üz-üzə gələcək kollektiv 3 gün sonra Bakıya yollanacaq.

Kaxaber Çxadadzenin komandası paytaxtda iki oyun keçirəcək.

Yanvarın 14-ü “Araz Naxçıvan”la üz-üzə gələcək “qırmızı qaralar” ayın 18-də “Baku Sportinq”lə matçda qüvvəsini sınayacaq.

Oyunların başlama saatı və məkanı barədə əlavə məlumat daha sonra veriləcək.