"Kəpəz" Tovuzda "Neftçi" üzərində qələbə qazandı - YENİLƏNDİ

Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.
"Mediasport" xəbər evrir ki, son oyun günündə bir matç keçirilib.
Liqada qalmaq uğrunda mübarizə aparan "Kəpəz" "Neftçi" ilə qarşılaşmada çox vacib qələbə qazanıb.
Turun əvvəlki görüşlərindən 3-də eyni hesab qeydə alınıb - 2:0: "Şamaxı" "Səbail"i, "Qarabağ" "Sumqayıt"ı, "Zirə" isə "Turan Tovuz"u məğlub edib.
"Sabah" - "Araz-Naxçıvan" duelində qalib müəyyənləşməyib - 2:2.
Azərbaycan Premyer Liqası. 25-ci tur
“Kəpəz” - “Neftçi” 1:0
Qol: Şervoni Mabatşoyev, 50.
Hkimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Tovuz şəhər stadionu.