"Şamaxı" "Karvan"la qarşılaşacaq

Məlum olduğu kimi, yeni mövsümə hazırlıqlarını davam etdirən “Şamaxı”nın təlim-məşq toplanışı iyulun 5-də Qəbələ şəhərində start götürəcək.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisinin ikinci yoxlama matçı üçün rəqibi müəyyənləşib.
İyulun 14-də "Qəbələ" ilə qarşılaşacaq Ayxan Abbasovun komandası ardınca “Karvan”la üz-üzə gələcək.
Bu oyun iyulun 21-i Qəbələ şəhər stadionunda keçiriləcək.