"Təhlükəli zonadan çıxmaq üçün bizə xallar lazımdır" - Çixradze

"Təhlükəli zonadan çıxmaq üçün bizə xallar lazımdır" - Çixradze

“Çox maraqlı, dinamik oyun oldu. “Şamaxı” ilə matçdan sonra bu oyuna yaxşı hazırlaşmışdıq. Qələbə seriyasını davam etdirmək istəyirdik".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qəbələ"nin məşqçisi Giorgi Çixradze deyib.

Gürcüstanlı mütəxəssis Premyer Liqanın 18-ci turunun "İmişli" ilə ev oyunu haqda danışıb:

"Təhlükəli zonadan çıxmaq üçün bizə xallar lazımdır. Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. İki dəfə hesabda önə keçdik. Bu, komandanın xarakterini göstərir.

Azarkeşlərimizə təşəkkür edirəm, sona qədər bizi dəstəklədilər. Futbolçulara da “sağ ol” deyirəm. Onlar bütün epizodlarda tam gücləri ilə oynadılar”.

Qeyd edək ki, şimallılar doğma meydanda 3:2 hesablı qələbə qazanıblar.