"Zirə" braziliyalı forvardı Vyetnam klubuna icarəyə göndərdi - RƏSMİ

Rafael Utziq "Zirə"dən ayrılıb.
"Mediasport" xəbər verir ki, braziliyalı hücumçu Vyetnamın "Ho Çi Minh Siti Polis" klubuna bir illik icarəyə verilib.
Utziq 2024-cü ilin yanvar ayından qəsəbə təmsilçisinin uğurları üçün çalışır.
"Sambaçı" karyerası ərzində Azərbaycan klublarından "Qəbələ"də də (2020-2023) forma geyinib.