"Qəbələ" oktyabrda transfer etdiyi futbolçu ilə 3 ay sonra vidalaşdı

"Qəbələ" oktyabrda transfer etdiyi futbolçu ilə 3 ay sonra vidalaşdı

"Qəbələ” Jondo Fuksla yollarını ayırıb. 

"Mediasport" xəbər verir ki, kamerunlu yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

28 yaşlı futbolçunun bölgə klubunda karyerası 3 ay çəkib.

O, komandaya 2025-ci ilin oktyabrın qoşulmuşdu. Jondo "Qəbələ"də cəmi 4 oyun keçirib.