Dünya çempionatı: Azərbaycan millisinin rəqibləri müəyyənləşdi

Azərbaycanın çövkən yığmasının dünya çempionatındakı rəqibləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, rəqiblər Daşkənddə keçirilən Asiya çempionatından sonra müəyyənləşib.
Yarışın qalibi finalda Pakistanı 4:0 hesabı ilə məğlub edən Özbəkistan olub. Pakistan ikinci, Qazaxıstan yığması üçüncü yeri tutub.
Dünya çempionatında Azərbaycan yığması Özbəkistan və Pakistana rəqib olub.