"Neftçi" yetirməsinin gələcək taleyi ilə bağlı qərar verildi

"Neftçi" yetirməsinin gələcək taleyi ilə bağlı qərar verildi

"Şamaxı" daha bir futbolçusu ilə bağlı qərarını açıqlayıb.

"Mediasport" xəbər verir ki, əyalət təmsilçisi Həbib İsmayılovla müqaviləni yeniləyib.

23 yaşlı vingerlə anlaşma iki illik nəzərdə tutulub.

"Neftçi"nin yetirməsi futbolçu "şirlər"in heyətində ötən mövsümdən çıxış edir. O, başa çatan sezonda 18 oyunda meydana çıxıb.

Bugünlərdə "Şamaxı"dan Ayxan Abbasov Kərim Rossi, Rüfət Abbasov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehralıyev, Bilal İsmayılov, Sezar Enrike, Ravil Qafarov və Alfons Mabula Msanqa gedib, Abdulla Seydəhmədovla anlaşmanın müddəti uzadılıb.