"Qarabağ"ın növbəti transfer planı
"Qarabağ" Macarıstanın "Zalaeqerseq" klubunun müdafiəçisi Bense Varkonyini transfer etməyə yaxındır.
"Mediasport" xəbər verir ki, bu barədə "Nemzeti Sport" portalı məlumat yayıb.
Ağdam təmsilçisinin 24 yaşlı macarıstanlı oyunçu üçün 1 milyon avro ödəniş edəcəyi bildirilib.
"Atlılar"ın Bense ilə 3 illik sözləşmə imzalayacağı iddia edilib.
Varkonyi 2025/2026 mövsümündə ümumilikdə 36 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.
O, karyerası ərzində yalnız Macarıstanda futbol oynayıb, legioner həyatı yaşamayıb.


