RƏSMİ: Azərbaycan klubu Serbiya millisinin sabiq üzvü ilə gücləndi

Premyer Liqaya hazırlaşan "İmişli" yeni legionerlə anlaşıb.
"Mediasport" xəbər verir ki, Aran təmsilçisi Nikola Karaklayiçi transfer edib.
Əyalət klubu serbiyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlayıb.
Xatırladaq ki, 30 yaşlı balkanlı son olaraq ölkəsində "Napredak"da oynayıb.
O, 2013-2015-ci illərdə Serbiyanın U-17, U-18 və U-20 yığmalarında forma geyinib.