"Şamaxı"dan növbəti transfer

"Şamaxı"dan növbəti transfer

"Sumqayıt"ın futbolçusu Sənan Muradlı "Şamaxı"ya keçib.

"Mediasport" xəbər verir ki, 20 yaşlı futbolçu 1 mövsümlük icarə əsasında "şirlər"in formasını geyinəcək.

Muradlı 2025/2026 mövsümündə ümumilikdə 11 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

"Şamaxı" buna qədər "Karvan-Yevlax"dan Uğur Cahangirov və Emin Rüstəmovu heyətinə cəlb edib.