Premyer Liqada 200-cü oyun
"Kəpəz"in futbolçusu Ehtiram Şahverdiyev Gəncə təmsilçisinin heyətində 200-cü oyununu keçirib.
"Mediasport" xəbər verir ki, o, bunu Azərbaycan Premyer Liqasının 32-ci turunun "Araz-Naxçıvan"la oyununda (0:2) gerçəkləşdirib.
Ehtiram bu qarşılaşmalarda 6 qola imza atıb. Premyer Liqada 2015/16 mövsümündə "Qəbələ" forması ilə debüt edən Şahverdiyev 4 klubda çıxış edib.
Şahverdiyev "Kəpəz"də daha çox - 96 matça (3 qol) çıxıb. O, "Sumqayıt"da 43 (1 qol), "Qəbələ"də 35 (1 qol), "Turan Tovuz"da 26 (1 qol) dəfə meydana çıxıb.


