"Karvan" Azərbaycan çempionu ilə müqavilənin müddətini uzatmadı

"Karvan" Azərbaycan çempionu ilə müqavilənin müddətini uzatmadı

“Karvan” daha bir futbolçusu ilə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, Yevlax təmsilçisi Roman Hüseynovla vidalaşıb.

27 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

Xatırladaq ki, aranlıların heyətinə ötən ilin iyulunda qoşulmuş "Qəbələ"nin yetirməsi 2023/2024-cü illər mövsümündə "Şamaxı" ilə 1-ci Liqada Azərbaycan çempionu adını qazanıb.

O, "Kəpəz" və "Sumqayıt"da da forma geyinib.

Premyer Liqaya yüksələn "Karvan" onadək Emil Qasımov, Ezekiel Morqan, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavərzi, İlham Hüseynov, Məmməd Muradov, Arif Məhəmmədəlipur və Behzod Xulikulovla əməkdaşlığı dayandırıb.