"Məncə, "Qarabağ" hər dövrdə güclüdür" - "Sabah"ın yeni transferi

“Sabah”ın qapıçısı Stas Pokatilov Premyer Liqanın 24-cü turunun "Qarabağ"la oyunundan (1:1) sonra "Mediasport"un suallarını cavablandırıb.
"Qarabağ"la matç haqqında nə deyə bilərsiniz?
- Təbii ki, ağır oyun oldu. “Qarabağ”a qarşı görüş həmişə çətin alınır. Bütün oyun çətin keçdi. Lakin matçın sonlarında qələbə qazanmaq üçün şansımız da oldu. Ümumilikdə çətin və maraqlı görüş idi.
Havanın da sərtliyini nəzərə alsaq, 1:1 hesablı bərabərliyin sizin üçün qələbəyə bərabər olduğunu demək mümkündür?
- Mən hamının yerinə danışa bilmərəm. Amma düzü, mən soyuq havada oynamağa öyrəşmişəm. Çünki Qazaxıstanda da bu cür havalarda oynamışam.
İkinci hissədə, demək olar ki, rəqibə boş zona vermədiniz. Vasili Berezutski fasilədə hansı tövsiyələr vermişdi?
Matçdan əvvəl dediklərini fasilədə də dedi. Öz oyunumuzu oynamağı tapşırmışdı. Ətraflı nəsə deməyəcəm. Çünki bu bizim taktikamızdır, oyunumuzdur. Amma onu deyə bilərəm ki, biz baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq.
"Sabah"ı "Səbail", "Kəpəz"lə görüşlərdə belə iddialı görə bilmirik, amma "Qarabağ"la daha yaxşı oynayırsınız. Problem nədədir?
- Bu barədə bir söz deyə bilmərəm. Ola bilər ki, "Qarabağ"a qarşı bütün komandalar daha yaxşı hazırlaşırlar. Hansısa motivasiya lazım deyil, çünki rəqibin kimliyi bəllidir. İstər-istəməz daha motivasiyalı olursan. Biz də bütün matçlarda olduğu kimi, “Qarabağ”la görüşdə də ən yaxşısına çalışdıq.
Qarşıdakı matç kubokda "Sumqayıt"a qarşıdır. Rəqib 9 oyundur ki, qalib gələ bilmir, qol vura bilmir. Nə düşünürsünüz?
- Onların yerinə onlar haqda danışa bilmərəm. Bizim öz işimizə baxırıq. Öz hədəfimiz mərhələni adlamaqdır. Sona qədər də hər şeyi edəcəyik.
"Kayrat"ın heyətində "Qarabağ"a qarşı Tofiq Bəhramovda oynamışdınız. Həmin oyunu necə xatırlayırsınız?
- Bəli, yaxşı yadımdadır həmin oyun. O, "Qarabağ" güclü idi, yoxsa indiki? Məncə, "Qarabağ" hər dövrdə güclüdür. Görüşü də yaxşı xatırlayıram.
“Qarabağ”ın sabiq qapıçısı, “Dinamo”nun üzvü Andrey Lunyova çox oxşadığınızı sizə deyiblər?
- Bəli, deyiblər. Xeyr, amma kiminsə məni Lunyovla səhv saldığını bilmirəm (gülür). Ancaq xarici görünüşümlə ona bənzədiyimi bildiriblər.