"Neftçi" azarkeşlərinə görə 10500, "Qarabağ" isə 6 min cərimə edildi

"Neftçi" azarkeşlərinə görə 10500, "Qarabağ" isə 6 min cərimə edildi

AFFA İntizam Komitəsinin toplantısı keçirilib.

"Mediasport" xəbər verir ki, yığıncaqda Premyer Liqanın 11-ci turu çərçivəsində baş tutmuş "Qarabağ" - "Neftçi" (2:0) matçında qeydə alınmış neqativ hadisələrə hüquqi qiymət çıxarılıb.

“Ağ-qaralar” azarkeşlərin meydana kənar əşya atması ucbatından 3500 manat ziyana düşüblər.

Bu hal cari mövsümdə 3-cü dəfə təkrarlanıb. “Neftçi” fanatları rəqib komandanın ünvanına təhqiramiz ifadələr səsləndirdiyi üçün 7000 manat, tərəfdarların oturacaqları sındırmasına və stadiona zərər vurmasına görə isə daha 3000 manat cərimə ödəməli olacaq.

“Qarabağ” da azarkeşlərin təhqiramiz ifadələr işlətməsinə görə 6000 manat cərimə olunub. Bu hal da cari mövsümdə 2-ci dəfə təkrarlanıb.