Bu klub itlə rəsmi müqavilə bağladı
İtaliyanın B Seriyasında yarışan “Empoli” klubu qeyri-adi seçimi ilə diqqət çəkib.
"Mediasport" xəbər verir ki, komanda itlə rəsmi müqavilə bağlayıb.
Maui adlı heyvan rəsmi maskot seçilib.
Mauinin təqdimat mərasimi futbolçu transferlərinə bənzər şəkildə təşkil edilib. Onun boynuna klubun şərfi bağlanıb və xüsusi fotosessiya keçirilib.
Maui klubun müxtəlif tədbirlərində iştirak edəcək, stadionda azarkeşlərlə görüşəcək və media layihələrində yer alacaq.
“Empoli” rəhbərliyi bu təşəbbüslə azarkeşlərlə əlaqələri gücləndirməyi hədəfləyir.

