"Qarşımızda çox yaxşı müdafiə olunan komanda var idi" - Qurban Qurbanov

"Qarşımızda çox yaxşı müdafiə olunan komanda var idi" - Qurban Qurbanov

"Qarşımızda çox yaxşı müdafiə olunan və sürətli əks-hücumlara keçən komanda var idi. Sürəti bir az artırmaq lazım idi. Bəlkə də hava şəraiti buna imkan vermədi. Çünki çox isti idi".

"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Dinamo" (Kiyev) ilə səfər oyunundan sonra fikirlərini bölüşüb:

"Cavab görüşünə 5-6 gün vaxtımız olacaq.

Bakıya qayıtdıqdan sonra bu görüşü analiz edib, cavab oyununa hazırlaşacağıq”.

Xatırladaq ki, Ağdam klubu Ukrayna təmsilçisinə minimal hesabla uduzub - 0:1.

Cavab qarşılaşması avqustun 13-də Bakıda keçiriləcək.