Azərbaycan çempionatı oyunu yağışa görə baş tutmadı - FOTO
Futbol üzrə Azərbaycan 2-ci Liqasının 10-cu turu çərçivəsində keçirilməli olan "Şirvan" - "Marafon" qarşılaşması baş tutmayıb.
"Mediasport" xəbər verir ki, aramsız yağış Şirvan Olimpiya İdman Kompleksinin meydançasını yararsız hala salıb.
Süni örtüklü arenada yağöış suları yığıldığından görüşün keçirilməsi mümkün olmayıb.
Peşəkar Futbol Liqasının qərarına əsasən, matç sabah saat 15:00-da eyni stadionda keçiriləcək.


