"Qarabağ" - "Sabah" oyununda mövsümün rekordu qeydə alındı

 "Qarabağ" - "Sabah" oyununda mövsümün rekordu qeydə alındı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Sabah" oyunu azarkeş rekordu ilə yadda qalıb.

"Mediasport" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşü 10361 azarkeş izləyib.

Bu, 2025/2026-cı illər mövsümündə Premyer Liqada azarkeş rekordu olub.

Xatırladaq ki, matç 3:3 hesabı ilə yekunlaşıb.