Rafael Ağayevə ağır itki
Karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev ağır itki ilə üzləşib.
"Mediasport" xəbər verir ki, dünyaşöhrətli idmançının atası Mahir Ağayev vəfat edib.
Məlumata görə, mərhumun səhhətində bir müddət əvvəl narahatlıq yaranıb.
O, müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, 2021-ci ildə Ağayevin anası dünyasını dəyişmişdi.
Allah rəhmət eləsin!


