“Traktor”un keçmiş futbolçusu və xanımı etirazlar zamanı öldürüldü

“Traktor”un keçmiş futbolçusu və xanımı etirazlar zamanı öldürüldü

İranın veteran futbolçusu Müctəba Tarşiz ölkədə davam edən etiran etiraz aksiyaları zamanı öldürülüb.

"Mediasport" xəbər verir ki, bu barədə İranın sosial şəbəkə seqmentində məlumatlar paylaşılıb.

Bildirilib ki, sabiq yarımmüdafiəçi xanımı ilə birlikdə qətlə yetirilib.

Xatırladaq ki, peşəkar futbolçu karyerasını 2016-cı ildə başa vurmuş Tarşiz 2009-2011-ci illərdə Təbrizin "Traktor" klubunun üzvü olub.

O, "İstiqlal", "Mes" (Şahr Xodro), "Fəcr Sepasi", "Mes" (Kerman) və "Qostareş" komandalarında da çıxış edib.