Filip Ozobiç "Turan Tovuz"da!

Filip Ozobiç "Turan Tovuz"da!

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, Kurban Berdıyevin komandası "Neftçi"dən ayrılan Filip Ozobiçi transfer edib.

Azərbaycan millisinin yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Rusiyada “Spartak”, Xorvatiyada “Hayduk” və “Slaven” klublarında çıxış etmiş 34 yaşlı xorvatiyalı ölkəmizdə “Qəbələ” və “Qarabağ”da da forma geyinib.

O, 2021-ci ildən şərəfini qoruduğu yığmamızın heyətində 15 oyun keçirib və 1 qol vurub.