"Meydanda şərtlər uyğun olmasa da, hər iki komanda üçün eyni idi"

"Meydanda şərtlər uyğun olmasa da, hər iki komanda üçün eyni idi"

"Çətin oyun oldu. Meydançada şərtlər uyğun olmasa da, hər iki komanda üçün eyni idi".

"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.

Rusiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının 24-cü turunun "Şamaxı" ilə səfər matçı haqda danışıb:

"Asan deyildi. Çox çətin mübarizə oldu. Həm qələbəyə, həm də uşaqlaraın göstərdikləri xarakterə görə çox şadam. Hər iki tərəfin müəyyən imkanları oldu. Şükürlər olsun ki, qələbə qazandıq".

Qeyd edək ki, görüş Tovuz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.