"Zirə" və "Səbail"də oynamış müdafiəçi İngiltərə klubunda

"Zirə" və "Səbail"də oynamış müdafiəçi İngiltərə klubunda

Karyerası ərzində "Zirə" və "Səbail"də oynamış Ali Sesay İngiltərə 5-ci liqa təmsilçisinə keçib.

"Mediasport" xəbər verir ki, 31 yaşlı müdafiəçi "Morekamb"la anlaşıb.

Sesay Azərbaycan Premyer Liqasında ümumilikdə 49 oyuna çıxıb.

O, 2020-ci ilin 14 yanvarında "Arda"dan (Bolqarıstan) "Zirə"yə keçmişdi.

Syerre-Leona millisinin sabiq üzvü 2021-ci ilin 31 yanvarında isə "dənizçilər"lə müqavilə imzalamışdı.