Madrid "Real"ı London səfərində, "Bavariya" "İnter"i qəbul edəcək

Madrid "Real"ı London səfərində, "Bavariya" "İnter"i qəbul edəcək

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi start götürəcək.

"Mediasport" xəbər verir ki, axşam saatlarında ilk oyunlar çərçivəsində iki görüş keçiriləcək.

Yarışın favoriti "Real" Londonda meydana çıxacaq, digər iddialı "Bavariya" Münhendə "İnter"i sınağa çəkəcək.

Raundun digər iki matçı sabah baş tutacaq.


UEFA Çempionlar Liqası. 1/4 final. İlk oyunlar


23:00. “Arsenal” (İngiltərə) - “Real” M. (İspaniya)

23:00. “Bavariya” (Almaniya) - “İnter” (İtaliya)